27 iyul 2026 10:19
138

İslandiya müxalifəti Aİ-yə üzvlük referendumuna müdaxilə etməməyə çağırıb

İslandiyanın əsas müxalifət partiyası olan Müstəqillik Partiyasının rəhbəri Qvüdrun Hafsteynsdottir Aİ-yə qoşulmağın ölkəni suverenliyinin bir hissəsindən məhrum edə biləcəyini bəyan edib və birliyi bu məsələ ilə bağlı referendumun keçirilməsinə müdaxilə etməməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Hafsteynsdottir "Politico" nəşrinə müsahibəsində bildirib

Əvvəllər İslandiya hökuməti Aİ-yə daxil olmaqla bağlı danışıqların bərpası üzrə avqustun 29-da referendumun keçirilməsi təklifini parlamentə təqdim etmək qərarına gəlib. Ölkə birliyə daxil olmaq üçün müraciəti hələ 2009-cu ildə — maliyyə böhranı zamanı etmişdi. 2013-cü ildə isə iqtisadi vəziyyət düzəldiyi üçün hökumət üzvlük danışıqlarını dayandırmışdı.

"Bu avqust qərarının İslandiya xalqının öhdəsinə buraxılması son dərəcə vacibdir. İnsanlar İslandiyaya xarici təsir olmadan bu prosesdən keçməyə imkan verməlidirlər", — deyə Hafsteynsdottir bildirib.

O qeyd edib ki, İslandiya onsuz da hər gün Avropa ilə əməkdaşlıq etdiyi üçün Aİ-yə daxil olmağın böyük bir mənası yoxdur. Siyasətçi vurğulayıb ki, Reykyavik "Brüsselin yaxın dostudur" və Avropa İttifaqı "İslandiyanın Aİ-nin tərkibinə daxil olmadan da etibarlı tərəfdaş ola biləcəyi faktına hörmətlə yanaşmalıdır". Hafsteynsdottir əlavə edib ki, birlik balıqçılıq, kənd təsərrüfatı və iqtisadi siyasət sahələrində mühüm qərarların qəbulunu ölkənin əlindən ala bilər.

"Gallup" sosioloji xidmətinin keçirdiyi rəy sorğusu göstərir ki, respondentlərin 52%-i İslandiyanın Aİ-yə daxil olmasının lehinə, 48%-i isə əleyhinə çıxış edir.