01 noyabr 2023 14:38
371

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 milyard dolları keçib

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10,5 milyard ABŞ dolları təşkil edib.

"İki sahil” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, oktyabrın 1-i ilə müqayisədə 7,4 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 16,7 %, son 1 ildə isə 34,6 % artıb.