01 noyabr 2023 17:10
310

Mərkəzi Bank: "Azərsığorta"nın icbari avtosığorta satışlarını dayandırması ilə bağlı tələb qoyulmayıb

"Azərsığorta"nın avtomobillərin icbari sığortası satışlarını dayandırması ilə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən hər hansı məhdudiyyət qoyulmayıb.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib.

O bildirib ki, icbari avtosığorta satışlarının dayandırılması sığorta şirkətinin daxili qərarıdır.