Azərbaycanın müdafiə naziri Ankarada Heydər Əliyev parkını ziyarət edib
Türkiyə Repsublikasında səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Ankaradakı Heydər Əliyev parkını ziyarət edib.
General-polkovnik Zakir Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.