Ankarada rəsmi səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.