09 may 2016 18:53
246

Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü və faşizm üzərində Qələbənin 71-ci ildönümləri münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək paytaxtın müxtəlif yerlərində Azərbaycan Silahlı Qüvvələrinin orkestrlərinin çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, orkestrlər müəyyənləşdirilmiş 6 yerdə - Dənizkənarı Milli Parkda, Azadlıq meydanı ilə üzbəüz fəvvarənin qarşısında, Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına parkda, Zərifə Əliyeva adına parkda, Zabitlər parkında və Fəvvarələr meydanında çıxış edəcəklər.

Eyni zamanda, bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılıb.