İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Mojo Az" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
“İki sahil” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 58, mənzil 19, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Ruslan Zaməddin oğlu Köçərlidir.