22 noyabr 2023 15:43
267

Azərbaycan növbəti dəfə Almaniyada "Beynəlxalq Yaşıl Həftə" sərgisində iştirak edəcək

Azərbaycan yanvarın 19-28-də Almaniyanın paytaxtı Berlində keçiriləcək "Beynəlxalq Yaşıl Həftə – 2024" ("International Green Week – 2024) qida, kənd təsərrüfatı və bağçılıq sərgisində 14-cü dəfə iştirak edəcək.

"İki sahil" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Məlumata görə, tədbir “Messe Berlin”də (Berlin ExpoCenter City) təşkil ediləcək. Ölkəmiz sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunacaq.

Avropanın ən iri sərgilərindən hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən keçirilir, 70-ə yaxın ölkədən 1 500-dən çox şirkəti, 5 000 media nümayəndəsini, yarım milyona yaxın ziyarətçini bir araya gətirir.