2023-cü ilin yanvar-sentyabr aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min manat vəsait sərf edilib.
“İki sahil” xəbər verir ki, APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2.1 dəfə və ya 2 milyard 41 milyon 758 min manat çoxdur. Belə ki, 2022-ci ilin ilk 9 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 828 milyon 865 min manat vəsait yönəldilib.
Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Laçında 7.5 dəfə, Kəlbəcərdə 3.2 dəfə, Ağdamda 2.7 dəfə, Füzuli və Şuşada isə 2 dəfə artırılıb.
Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın ( 983 milyon 43 min manat), Kəlbəcər (650 milyon 370 min manat), və Füzuli (585 milyon 624 min manat) rayonlarına ayrılıb.
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Vergi sistemində süni intellekdən istifadə çoxsaylı yeniliklər və üstünlüklər vəd edir