23 noyabr 2023 13:48
301

Azərbaycana xaricdən pul köçürmələri on ayda 2.8 mlrd. manat azalıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 2 milyard 76.4 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 516.9 milyon manata bərabər olub.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.4 dəfə və ya 2 milyard 847.9 milyon manat, banklardan xaricə köçürmələr isə 38.5% və ya 323.7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 10 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 4 milyard 924.3 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 840.6 milyon manat təşkil edib.