2023-cü ilin noyabr ayının 1-nə Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı cari ilin oktyabr ayının 1-i ilə müqayisədə 271 min ədəd artaraq 16 milyon 210 min ədəd təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir k, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artıb.
Qeyd edək ki, ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 22.1% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2.2 mln. ədəd artıb.