Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 88 %-dən çox, son 2 ildə isə təxminən 10 dəfə artıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir: "Türkmənistan-Azərbaycan biznes forumunda ölkələrimizin işgüzar dairələrini bu dinamikanın dayanıqlı olmasına töhfə verməyə, qarşılıqlı investisiya layihələrini dəyərləndirməyə və fəal əməkdaşlığa dəvət etdik".
Qubadakı yolda sürüşmə risklərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilir
AZCON Holding-in icraçı direktoru Azərbaycan–Çexiya Biznes Forumunda iştirak edib