Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda yerləşən “Çıraq” platformasında istismara veriləndən 104 milyon tondan artıq neft və 24 milyard kubmetrə yaxın qaz hasil olunub.
Energetika Nazirliyindən “İki sahil”ə bildirilib ki, platformadan 2023-cü ilin birinci yarısı üçün ümumi hasilat gündə orta hesabla 23 min barel təşkil edib.
AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından əldə edilib. “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağı Xəzər dənizinin Azərbaycan sektorunda ən iri neft-qaz yataqlar bloku hesab olunur və Bakıdan təxminən 100 kilometr şərqdə yerləşir. Yataqlar blokunun ehtiyatı 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman 511 milyon ton həcmində təxmin edilib. Sonradan isə bu göstərici 1072 milyard ton proqnozlaşdırılıb.