Azərbaycan şəhərlərinin rəqəmsal əkizlərinin yaradılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammitində deyib.
Nazir müavini bildirib ki, qabaqcıl texnologiyaların ölkəmizdə tətbiqi hökumətin əsas prioritetlərindən biridir: "Hökumətin fəaliyyətində rəqəmsallaşma daha da geniş tətbiq olunacaq. Ölkə miqyasında innovasiyalar sahəsinə böyük sərmayə qoyuluşu etməyi planlaşdırırıq”.
O bildirib ki, texnologiyalardan fəal istifadə, süni intellektin inkişaf etdirilməsi nəzərdə tutulub: “Əsas əməkdaşlıq isə rəqəmsal ticarətin ölkəmizdə yaradılmasına istiqamətlənib".
Qubadakı yolda sürüşmə risklərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilir
AZCON Holding-in icraçı direktoru Azərbaycan–Çexiya Biznes Forumunda iştirak edib