Bu ilin yanvar-oktyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 milyard 809,4 milyon manatlıq əməliyyat aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”ın oktyabr buraxılışında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çoxdur.
Təkcə bu ilin oktyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 203,6 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 36,65 % çoxdur.
Qubadakı yolda sürüşmə risklərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilir
AZCON Holding-in icraçı direktoru Azərbaycan–Çexiya Biznes Forumunda iştirak edib