İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında müəssisələrin inşası zamanı tikinti prosesində təhlükəsizlik qaydalarının gözlənilməsi prioritet məsələlərdən hesab edilir.
“İki sahil” xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev bu gün Gülüstan sarayında keçirilən Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye Təhlükəsizliyi Zirvəsi 2023” adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmçinin fəaliyyətə başlayan müəssisələrdə müasir tələblərə cavab verən qabaqcıl texnologiyaların tətbiqi, əməyin mühafizəsi qaydalarına riayət edilməsi kimi hallar istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısını alır: "Onu da qeyd edim ki, sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tam olaraq ekoloji standartlara cavab verir."