01 dekabr 2023 11:10
249

“Brent” markalı neftin qiyməti 80,6 dollaradək ücüzlaşıb

Etalon markalı neftin qiymətləri bu gün dünənki kəskin endirimdən sonra yenidən aşağı düşüb, çünki investorlar ötən gün baş tutan “OPEC+” nazirlərinin görüşünün nəticələrini qiymətləndirirlər.

"İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,23 ABŞ dolları aşağı düşərək 1 barel üçün 80,63 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında "WTI" markalı neftin yanvar fyuçersləri 0,4 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 75,92 ABŞ dolları olub.