10 dekabr 2023 03:30
344

Türkiyədə avtobusun iştirakı ilə qəza baş verib, 14 nəfər xəsarət alıb

Türkiyədə avtobus, mikroavtobus və qoşqulu nəqliyyat vasitəsinin (karavan) iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Haber Türk" məlumat yayıb.

Əskişəhərdə baş verən qəzada 14 nəfər xəsarət alıb.

Xəstəxanaya çatdırılan yaralılardan ikisinin - mikroavtobusda olanların həyati təhlükəsinin olduğu bildirilib.