06 iyul 2026 00:46
102

Maka Boçorişvili: Cənubi Qafqazda sülh "Orta Dəhliz"in inkişafı üçün mühüm əhəmiyyət daşıyır

Cənubi Qafqazda təhlükəsizlik və sülh təkcə region ölkələrinin deyil, həm də "Orta Dəhliz"in inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili "İmedi Həftəsi" proqramında bildirib.

Nazir qeyd edib ki, Cənubi Qafqazda təhlükəsizlik və sülh eləcə də həm regionun təhlükəsizliyi və nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi önəm daşıyır.

M.Boçorişvilinin sözlərinə görə, Gürcüstan üçün bütün siyasət istiqamətlərinin əsasını milli maraqlar və ölkənin təhlükəsizliyi təşkil edir.

"Əlbəttə, Cənubi Qafqazda təhlükəsizlik və sülh təkcə ölkələrimizin və regionumuzun təhlükəsizliyi baxımından deyil, həm də bağlantı və "Orta Dəhliz"in inkişafı kontekstində də çox vacibdir. Lakin ilk növbədə milli maraqlarımıza əsaslanaraq, ölkəmizin təhlükəsizliyi istər daxili, istərsə də xarici siyasətimizin bütün istiqamətləri üçün başlanğıc nöqtəsidir", - o vurğulayıb.

"Report"