06 iyul 2026 00:28
87

Tramp FİFA-ya Baloqanın Belçika ilə oyunda iştirakına icazə verdiyinə görə təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların milli komandasının hücumçusu Folarin Baloqanın diskvalifikasiyasını dayandırdığına və dünya çempionatının Belçika ilə 1/8 final matçında oynamasına icazə verdiyinə görə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) təşəkkür edib.

“İki sahil” xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Düzgün hərəkət etdiyinizə və böyük ədalətsizliyi aradan qaldırdığınıza görə FIFA-ya təşəkkür edirəm", - paylaşımda deyilir.

FIFA-nın İntizam Komitəsi ABŞ yığmasının hücumçusu Folarin Baloqanın diskvalifikasiyasını dayandırıb və ona dünya çempionatının 1/8 matçında Belçika seçməsi ilə qarşılaşmada oynamağa icazə verib.