11 dekabr 2023 09:40
245

Dünya bazarlarında neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin fevral müqaviləsinin dəyəri 0.65% artaraq 1 barelə görə 76.33 dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0.53% artaraq 71.61 dollar olub.