Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 109,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 %, qeyri-ərzaq məhsulları üzrə 108,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 % təşkil edib.
“İki sahil” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir
Məlumata görə, noyabrda isə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 99,8 %, ötən ilin oktyabr ayına nisbətən 102,6 % olub.
Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,6 %, ötən ilin noyabr ayına nisbətən 101,5 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun və toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun, artım isə əsasən pasterizə olunmamış üzlü südün, yoqurtun, yumurtanın, zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Noyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 100 %, ötən ilin eyni dövrünə nisbətən 103,1 % olub.
Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,9 %, ötən ilin noyabr ayına nisbətən 104 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən azalma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, artım isə mənzillərin icarə haqlarında müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?