Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Lənkəran şəhərində keçiriləcək.
“İki sahil”in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq.
Aksiya Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 13-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?