Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı”nın 28-ci sessiyasında (COP28) Azərbaycana məxsus milli pavilyonda iştirak edir.
"İki sahil" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, "Azərkosmo"sun əməkdaşları ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə kosmik monitorinq fəaliyyətinin roluna həsr olunmuş panel müzakirəsi ilə çıxış edib. “From space to Earth: Data driven decision-making in the age of Climate Change” adlı sessiyada qonaq qismində coğrafi informasiya sahəsi üzrə fəaliyyət göstərən ABŞ-nin “ESRI”, BƏƏ-nin “Bayanat" və Birləşmiş Krallığın “Geospatial Insight” şirkətlərinin rəhbər nümayəndələri iştirak ediblər.
Sessiyada iqlim dəyişikliyinin yaratdığı problemlərin həllində kosmik məlumatların istifadəsi, strategiyaları və bu sahə üzrə beynəlxalq əməkdaşlığın rolundan da bəhs olunub.
200-ə yaxın ölkədən 97 000-dən çox nümayəndə “COP28” tədbirində iştirak edir. Tədbirin əsas gündəliyində iqlim dəyişikliyinin yaratdığı mənfi təsirlərin azaldılması və iqlimin möhkəmləndirilməsi kimi mövzular əsas yer tutub.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?