"Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) tərəfdaşlarının sayı 235-ə çatıb.
"İki sahil" bu barədə Büroya istinadən xəbər verir.
Məlumata görə, bunlar 47 bank (24-ü ləğv prosesindədir), 62 bank olmayan kredit təşkilatı (BOKT, 9-u ləğv prosesindədir), 38 kredit ittifaqı (1-i ləğv prosesindədir), 22 sığorta şirkəti (4-ü ləğv prosesindədir), 16 lizinq şirkəti, 3 faktorinq şirkəti, 1 kollektor agentliyi, 37 hissəli satış şirkəti (mağaza), 3 mobil operator, 3 kommunal xidmət müəssisəsi və 3 dövlət qurumudur.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan" ASC-lərdir.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?