"Çelsi"nin müdafiəçisi Ris Ceyms zədələnib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqanın 16-cı turunda "Everton"la oyunda zədə alan ingiltərəli futbolçu tibbi müayinədən keçib. İngiltərə mətbuatının məlumatına görə, bud nahiyəsindən zədə alan futbolçu fevral-mart aylarına qədər meydana çıxa bilməyəcək..
Qeyd edək ki, Ceyms bu mövsüm "Çelsi"nin heyətində 9 oyun keçirib.