Azərbaycan Respublikası Hesablama Palatasının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyasına uyğun olaraq dövlət maliyyəsinin idarəedilməsi sahəsində media nümayəndələrinin peşəkarlıq səviyyəsinin və məlumatlılığının artırılması məqsədilə təlimlər keçirilib.
“İki sahil” xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd Hesablama Palatasının dövlət maliyyəsinin idarəedilməsində rolu, büdcə prosesində iştirakı və rəylərində qeyd edilən əsas məqamlar, kənar dövlət maliyyə nəzarəti fəaliyyəti, beynəlxalq əməkdaşlıq barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərmək və ictimaiyyətə dolğun informasiya çatdırmasından ibarətdir.
Təlimlərdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib