Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 223 milyon kVt/saat artaraq 26 487,5 milyon kVt/saat təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, 11 ay ərzində ölkəmiz 2 752,7 milyon kVt/saat elektrik enerjisi ixrac edib, 200,8 milyon kVt/saat isə elektrik enerjisi idxal edib.
O cümlədən, hesabat dövründə İES-lər üzrə 24 525,1 milyon kVt/saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 962,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib