Bu il qiymətli kağızlar portfelində gəlirlər 2,2 dəfə artaraq 442 milyon dollar təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov dekabrın 15-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, təkrar gəlirlər balansı mütəmadi olaraq profisitlidir və bu profisit bu il azalıb. Bu da pul baratları ilə bağlıdır. Keçən il pul baratları 2,8 milyard dollar, bu il 1 milyard 280 milyon manat həcmində olub. Bu il Rusiyadan 829 milyon dollar pul köçürmələri olub.
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib