"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin sonuna qədər 2023-cü ilin 7 milyonuncu sərnişinini daşımağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov bildirib.
"Bu, ADY-nin tarixində rekord göstəricidir. Bakı dairəvi dəmir yolu xəttinə buraxılan yeni qatarlar sayəsində gündəlik sərnişin daşınması 30 minnəfəri keçib", - deyə o qeyd edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda dəmir yolu ilə 5 milyon 136,5 min sərnişin daşınıb. Bu, 2021-ci illə müqayisədə 81,8 % çoxdur.
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib