Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2020,2 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4%, kimya sənayesi məhsullarının istehsalı 8,3%, əczaçılıq məhsullarının istehsalı isə 1,1% artıb.
Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından etil spirti 2 dəfə, polietilen istehsalı 24,6%, etilen istehsalı 22,7%, propen (propilen) istehsalı 18%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 72% faiz, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 25,3%, məsaməli plastik kütlədən sair plastilinlər, lövhələr 21,1%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 5% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2023-cü ilin yanvar- noyabr |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Təsirsiz qazlar, min kub metr |
42 348,1 |
102,4 |
11,5 |
|
ondan: |
|
|
|
|
azot, min kub metr |
19 582,2 |
91,8 |
2 |
|
Lak-boya məmulatları, ton |
35 814,5 |
118,5 |
2 24,9 |
|
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
22950,0 |
114,5 |
5360 |
|
ondan: |
|
|
|
|
yod, ton |
192,6 |
107,6 |
27,8 |
|
Üzvi kimyəvi maddələr, min ton |
882,8 |
101,1 |
21,3 |
|
ondan: |
|
|
|
|
etilen, min ton |
151,5 |
122,7 |
1,5 |
|
propen (propilen), min ton |
140,1 |
118,0 |
0,9 |
|
metanol (metil spirti), min ton |
445,5 |
91,0 |
12,3 |
|
Etil spirti, min dkl |
47,9 |
2,0 d. |
25,5 |
|
Gübrə və azot birləşmələri, min ton |
399,5 |
82,1 |
62,3 |
|
ondan: |
|
|
|
|
karbamid, min ton |
399,4 |
82,1 |
62,3 |
|
İlkin formada plastik kütlə, min ton |
291,5 |
126,1 |
14,8 |
|
ondan: |
|
|
|
|
polietilen, min ton |
147,5 |
124,6 |
7,6 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
112,4 |
125,7 |
7,6 |