15 dekabr 2023 15:31
398

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi açıqlanıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 27 365,5 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, yüklərin 12 447 min tonu və ya 45,5%-i dəmir yolu nəqliyyatı, 7 732,3 min tonu və ya 28,2%-i avtomobil nəqliyyatı, 7 186,2 min tonu və ya 26,3%-i dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-i və ya 15 597,2 min tonunu tranzit yüklər təşkil edib.