15 dekabr 2023 16:01
476

İnformasiya və rabitə sahəsində göstərilən xidmətlərin dəyəri artıb

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023- cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin dəyəri real ifadədə 16,1 faiz artaraq 2826,6 milyon manat təşkil edib. Bunun da 72,0 faizi əhali tərəfindən istehlak olunub.

"İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, xidmətlərdən əldə edilən gəlirin 37,3 faizi və ya 1055,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.