19 dekabr 2023 13:42
248

Mebel istehsalı idxalı üstələyib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 120 milyon 847 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

“İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% və ya 20.9 milyon dollar çoxdur. 2022-ci ilin ilk 11 ayında Azərbaycana 99 milyon 899 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

Xatırladaq ki, hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.76% təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 249.8 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% çoxdur.