19 dekabr 2023 14:56
283

Azərbaycan bu il Gürcüstanın əsas ixrac tərəfdaşı olub

Gürcüstan bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 787,79 milyon dollar dəyərində mal və məhsullar ixrac edib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bidirilib. Qeyd olunub ki, bu göstərici ötən illə müqayisədə 32,3% çoxdur. 2022-ci ilin ilk 11 ayı ərzində Gürcüstanın Azərbaycana ixracı 595,53 milyon dollar olub. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 14,1%-ni təşkil edib.

Gürcüstanın ikinci və üçüncü ixrac tərəfdaşları isə müvafiq olaraq Ermənistan (710,71 milyon dollar) və Qazaxıstan (649,18 milyon dollar) olub. Cari ildə Gürcüstanın ümumi ixracı illik ifadədə 11,1% artaraq 5 milyard 584,30 milyon dollar təşkil edib.