İtaliyanın "Napoli" klubu 65 ildən sonra antirekordunu təkrarlayıb.
“İki sahil” xəbər verir ki, Neapol təmsilçisi 1958-ci ildən sonra ölkə kuboku matçında doğma meydanda 4 top fərqi ilə məğlub olub.
Komanda ötən gün 1/8 finalda "Frozinone"yə uduzub - 0:4.
"Napoli" 1958-ci ildə bu turnirdə "Latsio"ya eyni hesabla yenilmişdi.
Qeyd edək ki, noyabrın ortalarında Valter Madzarri komandanın "sükanı arxasına" keçib. O, bu postda Rudi Qarsiyanı əvəzləyib.
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir