Son üç ildə ölkəmizin sərmayə resursları Böyük qayıdışın təmin edilməsinə, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib.
“İki sahil” xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, indiyə qədər dövlət büdcəsindən bərpa prosesinə 7 mlrd. dollardan çox vəsait ayrılıb. Qarabağın bərpası üzrə Türkiyə şirkətləri bağlanan müqavilələrin dəyəri 3,4 mlrd. dollardan çox olub.
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib