21 dekabr 2023 10:53
242

Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 KSES-i bərpa edəcək

Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 kiçik su elektrik stansiyasını (KSES) bərpa etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC qardaş ölkədən olan şirkətlərlə danışıqlar aparır və bu il 5 KSES-in bərpası layihəsi hazırlanıb: "Bərpa işləri özəl investisiyalar hesabına həyata keçiriləcək”.