Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasında Naxçıvan üzərindən quru yol bağlantısı olacaq.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
Nazir qeyd edib ki, Naxçıvan Türkiyə üçün çox önəmlidir: “Naxçıvanın iqtisadiyyatının genişləndirilməsi arzu edilir”.
O deyib ki, Azərbaycan Orta Dəhlizin önəmli ölkələrindədir: “İstanbuldan Bakıya yük daşımanı rahat və rəqabətqabiliyyətli olmasını arzu edirik. Bunun üçün Türkiyə olaraq hər cür dəstəyi verməyə hazırıq”.
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib