Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət dövriyyəsinin artırılmasında mühüm rol oynayacaq.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Özgür Volkan Ağar Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, dəhlizin açılması Azərbaycanla Türkiyə arasındakı məsafəni daha da 260 km azaldacaq: “Bu dəhliz region ölkələri arasında münasibətlərə də müsbət təsir göstərəcək. Zəngəzur dəhlizi strateji layihədir və onun köməyi ilə Çindən Avropaya maneəsiz hərəkət və coğrafi əlçatanlıq təmin ediləcək. Nəticədə yükdaşımalar artacaq, sürətli tranzit təmin olunacaq və ticarət həcmi artacaq. Bu dəhliz Mərkəzi Asiyada ticarətə müsbət təsir göstərəcək".
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib