Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin genişləndirilməsi işləri yekunlaşmaq üzrədir.
“İki sahil” xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Bakı-Tibilisi-Qars dəmiryolunun daha da genişləndirilməsinə qərar verilib. Bu işlər də yekunlaşmaq üzrədir”, - nazir müavini qeyd edib.
O bildirib ki, qarşıdakı illərdə infrastrukturla bağlı bir sıra həllər dayanır. Dəmir yolları ilə bağlı olaraq da müəyyən hədəflər var.
“Xüsusi olaraq qeyd edim ki, Osmanlı-Astara istiqamətində dəmiryollarının yenilənməsi də əsas hədəflərdən biridir”, - Rəhman Hümmətov əlavə edib.
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib