27 dekabr 2023 14:44
526

AYNA: 544 yük maşını gömrük-sərhəd məntəqəsində gözləyir

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 3, “Biləsuvar” gömrük postunda 55 yük maşını gözləyir.

"İki sahil”in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, hazırda “Qırmızı Körpü” gömrük postunda 402, “Mazımqara” gömrük postunda 46, “Samur” gömrük postunda 40 və “Xanoba” gömrük postunda 3 yük maşını var.