Bu gün “SWISS” aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə həyata keçirdiyi SWR-188 saylı reysin hava gəmisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “İki sahil”ə bildirilib ki, məcburi enişə səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.
“Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı aeroportuna uğurla eniş edib. Sərnişinə hava limanında tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.
Reysin davam etdirilməsi ilə bağlı qərar hava gəmisinin kapitanı tərəfindən veriləcək.