Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ildə qarşısına qoyduğu hədəflərdən biri analitik təhlilər və iqtisadi modellərdə süni intellektin (Aİ) istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir.
“İki sahil” xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
"Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı yerli və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcək. Alternativ statik göstəricilər genişləndiriləcək, makroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcək", - deyə Bəyanatda qeyd olunub.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb