30 dekabr 2023 13:39
316

Bu il “Azərpambıq”ın ixrac gəlirləri 31 milyon dollardan çox azalıb

2023-cü ilin yanvar-noyabr aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 20.6 milyon dollar dəyərində məhsul ixrac edib.

Bu barədə “İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2.5 dəfə və ya 31.2 milyon dollar azalıb.

Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 51.8 milyon dollar dəyərində məhsul ixrac edib.