Azərbaycanda qızıl və mis istehsalçısı Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin (AİMKL) ixrac gəlirləri 38 milyon dollardan çox azalıb.
“İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-noyabr aylarında mədən şirkəti 53.4 milyon dollar dəyərində məhsul ixrac edib. Bu isə ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 42% və ya 38.3 milyon dollar azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində AİMKL 91.7 milyon dollar dəyərində məhsul ixrac edib.