56 yaşlı Britaniya sakini Darren Ebi yarış motosikletindən yan araba əvəzinə tabut olan sürətli cənazə maşını hazırlayıb.
Britaniyalı “Suzuki GSX-R1000” motosikletini dörd min funt-sterlinqə (təxminən 8,5 min manat - red.) alıb. Ümumilikdə, onun sözlərinə görə, layihəsinə 25 min funt sterlinq (54 min manat - red.) xərcləyib. İşin tamamlanması təxminən 2,5 il çəkib.
“Mən həmişə heç kimin etmədiyi bir şeyi etmək istəyirdim”, - deyə o bildirib.
Darren son 13 il ərzində dəfn mərasimlərinin təşkil edilməsi üzrə işləyib. O, meyitin motosikletdən düzəlmiş cənazə maşınında daşınması xidmətinin artıq məşhur olduğunu etiraf edib.
Oxu.Az
Cənubi Qafqazda baş verənlər bizim üçün böyük əhəmiyyət kəsb edir - Sergey Kopırkin