13 mart 2018 15:51
1077

Tank bölmələrimiz döyüş hazırlığı vəziyyətinə gətirildi

Təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər

Müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.