16 yanvar 2024 14:20
243

ARDNF ötən il inkişaf etmiş ölkələrdə investisiyalarını artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 31.12.2023 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan “İki sahil”ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 64,8% (ilin əvvəli ilə müqayisədə 0,9 faiz bəndi artım), inkişaf etməkdə olan ölkələr üzrə – 14,4% (2 faiz bəndi azalma), beynəlxalq maliyyə təşkilatları üzrə isə 8,8% təşkil edib (1,2 faiz bəndi artım). Sərmayələrin qalan 12%-i qızılın payına düşüb (0,1 faiz bəndi azalma).

Qeyd etmək lazımdır ki, 31.12.2022 tarixinə sadalanan göstəricilər müvafiq olaraq 63,9%, 16,4%, 7,6% və 12,1% səviyyəsində olublar.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 7 regionu daxildir. Bunların sırasına Şimali Amerika (32,7%), Cənubi Amerika (0,1%), Avropa (30,5%), Yaxın Şərq (0,3%), Afrika (0,1%), Avstraliya / Yeni Zelandiya (0,7%) və Asiya / Sakit Okean (14,8%)

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 065,44 mln. dollara çatıb.