Ötən il Azərbaycandakı 18 sığorta şirkətinin xəttilə 587,3 milyon manat sığorta ödənişi edilib. Bu, 2022-ci ilə nisbətdə 35,6 faiz çoxdur.
"İki sahil" Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə həyat sığortası 298,7 milyon manat, qeyri-həyat sığortası 288,6 milyon manat təşkil edib. Keçən il həyat sığortası 20 faiz, qeyri-həyat sığortası 56 faiz artıb.